SON XƏBƏR

Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək

Dekabr 15
15:02 2018
Türkmənistan 2019-cu ildə məhz Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü – avqustun 12-də Avaza sahil kurortunda ilk Xəzər iqtisadi forumunu keçirməyi planlaşdırır.

Qlobal.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkmənistan hökuməti məlumat yayıb.

Forumun keçirilməsi haqqında qərar Türkmənistanın təşəbbüsü ilə bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində V Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində qəbul edilib.

Xəzər forumunun keçirilməsinə hazırlıq məsələsi ötən gün Türkmənistan Nazirlər Kabinetinin iclasında müzakirə olunub.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook