Ukrayna Azərbaycanla əməkdaşlığı təhlükəsizlik strategiyasına daxil edib
Sentyabr 16
00:42
2020
Ukrayna regional təhlükəsizliyin gücləndirilməsi üçün bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirəcək.
"Öz milli maraqlarını qorumaq və Ukraynanın regional təhlükəsizliyini gücləndirmək üçün Azərbaycan Respublikası, Gürcüstan, Litva Respublikası, Polşa Respublikası, Türkiyə Respublikası ilə strateji tərəfdaşlıq inkişaf etdirilməlidir", - sənəddə deyilir.
Sənəddə vurğulanır ki, "dövlətin xarici siyasəti ilk növbədə müstəqilliyin və dövlət suverenliyinin təmin edilməsinə, Ukraynanın ərazi bütövlüyünün bərpasına yönəldilib”.