Ukrayna nümayəndəsi: Azərbaycan UNESKO Ümumdünya İrs Komitəsində mühüm ölkələrdən biridir
İyul 03
12:58
2019
Bakıda keçirilən UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası bu şəhərdə baş tutan bütün tədbirlər kimi yüksək səviyyədə təşkil edilir.
Bunu sessiyada iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü Georgi Selski deyib.
G.Selski qeyd edib ki, Azərbaycan UNESKO Ümumdünya İrs Komitəsində mühüm ölkələrdən biridir.
Ukrayna nümayəndə heyətinin üzvü əlavə edib ki, bu tədbiri keçirməklə Azərbaycan dünya mədəni irsinin mühafizəsi məsələsinə vacib töhfə verir.