SON XƏBƏR

"Vaxtilə Azərbaycana qarşı radikal mövqe tutan şəxslər gerçəkliyi dərk edirlər" - deputat

May 16
12:31 2019
"Azərbaycanın beynəlxalq nüfuzu günü-gündən artır. Ölkəmiz milli məqsədlərini təmin etmək üçün bir sıra ölkələrlə, o cümlədən Qərb ölkələri ilə əməkdaşlıq edir. Azərbaycan gücləndikcə bəzi dairələr narahat olur".

Bunu "Report" açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.

O qeyd edib ki, anti-Azərbaycançı, islamafob qüvvələrin fəaliyyət göstərdiyi müşahidə edilir: "Saxta sənədlərlə mühacirətə gedənlər ölkəyə qarşı kampaniya aparırlar. Mühacirətdə olanların bir qismi bilərəkdən, digər qismi isə bilməyərəkdən anti-Azərbaycançı qüvvələrin əlində alətə çevrilirlər. Onlar Azərbaycana qarşı çıxırlar, bu, yolverilməzdir. Bu cür problemlərin həlli üçün dövlət, cəmiyyət tərəfindən səy göstərilir. Vaxtilə Azərbaycana qarşı radikal mövqe tutan şəxslər gerçəkliyi dərk edirlər, pozitiv fikirlər səsləndirirlər. Bu, Azərbaycanın qələbəsidir. İqtidara müxalif olmaq olar, amma dövlətə, milli maraqlara müxalif olmaq olmaz. Sevinirəm ki, vaxtilə əks mövqedə olan rasional düşüncəli gənclər bu cür fikirlər səsləndirirlər. Şübhəsiz ki, haqqın yolu birdir. Hazırki mürəkkəb tarixi şəraitdə hər bir fərd milli maraqları qorumaq üçün əlindən gələni etməlidir".

Deputat vurğulayıb ki, Azərbaycanda vətəndaşların hüquq və azadlıqları tam təmin olunur: "Ona görə yox ki, bunu hansısa beynəlxalq təşkilat tələb edir. Hüquq və azadlıqların təmin edilməsi konstitusion öhdəlikdir. Təəssüflər olsun ki, müəyyən məsələləri manipulyasiya edərək fərqli şəkildə çatdırmağa çalışırlar. Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən 6 dövlətdən 4-nün ərazisi işğal edilib. Bu dövlətlərin iştirak etdiyi tədbirdə ərazi bütövlüyü ilə bağlı fikir səsləndirilmirsə, əlbəttə, bu, etirazla qarşılanacaq. Bunu qəbul etməyən subyekt ictimai rəyi manipulyasiya edir. İmzalanan bütün sənədlərdə ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı məsələ diqqət mərkəzində olur. Əsl səbəb budur". 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook