SON XƏBƏR

Vəng kəndi bundan sonra Çinarlı adlandırılacaq - Milli Məclis təsdiqlədi

Oktyabr 27
12:59 2020
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qlobal.az-ın Report-a istinadən xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

O bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook