SON XƏBƏR

Vətən müharibəsində şəhid olan baş leytenant Tərtərdə dəfn edildi

May 22
18:01 2021
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, baş leytenant Qənbər Qənbərli dəfn edilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, mərhum doğulduğu Tərtər rayonunun Kəngərli kəndində torpağa tapşırılıb.

Şəhidin dəfin mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

M.Məmmədov Azərbaycan bayrağını şəhidin atası Bəhruz Qasımova təqdim edib.

Allah rəhmət eləsin!



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook