SON XƏBƏR

Vətən Müharibəsində şəhid olan evin sonbeşiyi Siyasət Nadirov

Yanvar 05
12:29 2021
Vətən Müharibəsinin cəsur döyüşçülərindən biri də şəhid Siyasət Kamil oğlu Nadirovdur. 

Siyasət Nadirov 2001-ci il fevralın 18-də Sabirabad rayo­nunun Şəhriyar kəndində anadan olub. Hələ orta məktəbdə oxuyarkən vətənpərvərliyi ilə seçilib. Siyasət Nadirov Şəhriyar kənd tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Göranboydakı "N” saylı hərbi hissəsində əsgəri xidmətini başa vurub evə dönməliydi. Ancaq Vətən Müharibəsi başladı. Siyasət Nadirov Vətən müharibəsi başlandığı gündən döyüş əməliyyatlarına qatılıb. İgid əsgər kimi vuruşub. Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidin anası Məmləkət xanım 9 uşaq böyüdüb boya-başa çatdırıb. Həyat yoldaşı rəhmətə getdiyindən övladlarını təkbaşına böyüdüb. Siyasət Nadirov ailənin sonbeşiyi idi. Şəhidinin anası kəndində olarkən Məmləkət xanım bildirir ki, oğlu Siyasət Vətənə olan borcunu layiqincə yerinə yetirdi. Döyüş yoldaşları oğlumun qisasını artıqlaması ilə aldılar. Şəhidlərimizin qanı yerdə qalmadı. 

Şəhidin bacısı oğlu Kamil Xəlilov isə vurğulayır ki, dayım həmişə bizə Vətənə məhəbbətindən danışırdı. Bizi də vətənpərvər olmağa çağırırdı. Deyirdi ki, Vətənini qoruya bilməyən ailəsini də qoruya bilməz. Biz onunla fəxr edir, qürur duyuruq.

Allah rəhmət eləsin



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook