SON XƏBƏR

Vətəndaş şikəst edilib - Həkim və müstəntiq məsələni ört-basdır etmək istəyir

Aprel 20
12:24 2021
Bərdə Rayon Prokurorluğunun müstəntiqi Sahil Məmmədli ilə rayon Mərkəzi Xəstəxanasının həkimi Xaliq Məmmədov əlbir olaraq Bərdə sakini Orxan Talıbovun şikəst edilməsi məsələsini ört-basdır etməyə çalışırlar. 

Bu barədə HİT.Az-a Orxan Talıbov özü bildirib.

Qeyd edək ki, 2018-ci il yanvarın 6-da onu maşın vurub. Bundan sonra xəstəxanaya aparılan Orxan Talıbov Xaliq Məmmədovun səhvinə görə şikəst olub. 

Şikayətçi deyir ki, müstəntiqlə həkim əlbir olaraq bu işlə bağlı araşdırmanı dayandırmağa, buna dair həkim rəylərini, rentgenin ilkin nəticələrini yox etməyə çalışır.

Orxan Talıbov məsələ ilə bağlı Baş Prokurorluğa müraciət etdikdən sonra ekspertiza təyin olunub.
Lakin Bakıda yerləşən Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda onu müayinə edən travmatologiya bölməsinin elmi rəhbəri Qələndər Canbaxışov Bərdədəki həmkarı Xaliq Məmmədova dəstək olub və "Sən niyə şikayət etmisən? Nə üçün mətbuata və prokurorluğa yazmısan?" deyə irad bildirib. Həmçinin, həkimin xətasına görə Orxan Talıbovun səhhətində yaranan problemlərə rəğmən, "Heç bir həkim səhvi yoxdur” rəyi verilib. 

Bununla belə, vətəndaşın şikayəti qarşısında aciz vəziyyətdə qalan Qələndər Canbaxışov düzgün qərar verə bilmək üçün ilk rentgen müayinəsinin nəticəsini tələb edir. Lakin bu sübutun nə ilə nəticələnəcəyini yaxşı bilən müstəntiq Sahil Məmmədli və həkim Xaliq Məmmədov həmin rentgen kağızını gizlətməyə çalışır.
 
Orxan Talıbovun sözlərinə görə, müstəntiq sənədləri ekspertizaya göndərmir. Şikayətçi 10 gündür buna görə Bakıda qaldığını və işinin qəsdən uzadılması səbəbiylə müxtəlif problemlərlə qarşılaşdığını qeyd edir: 

"Müstəntiqə nə vaxt zəng edirəm,  deyir ki, niyə vaxtında şikayət etməmisən? Hər dəfə də izah edirəm ki, bu mil il yarım ayağımda qalıb. Həkim də arxayın edirdi ki, mil çıxandan sonra ayağın düzələcək. Ancaq o, yenə də qane olmur. 10 gündür ki, məni Bakıda belə əsir-yesir ediblər”.  

Bərdənin baş həkiminin müavini də heç bir nəticə olmayacağını söyləyərək Orxan Talıbova şikayətini geri götürməyi tövsiyə edib. 

Orxan Talıbov Baş Prokuror Kamran Əliyevə müraciət edib və ondan məsələyə operativ reaksiya göstərməsini gözləyir: "Mənim qanımı batırmaqda həkimlərin və müstəntiqin marağı nədir? Lazımi sənədlər 10 gündür mənə niyə təqdim olunmur? Cənab Baş Prokurordan xahiş edirəm, mənim müraciətimə tezliklə baxılsın”. 

Şikayətçi onu da qeyd edib ki, Baş Prokuror onun müraciətinə münasibət bildirilməsə, Prezident Administrasiyası qarşısında aclığa başlayacaq.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook