SON XƏBƏR

Qarabağ veteranı: "Cümşüd Nuriyev Qarabağ döyüşlərinin qızğın vaxtında icra başçısından zorla mebel alıb evinə apardı"

Noyabr 27
13:32 2019
Sabiq deputat Cümşüd Nuriyev AzTV-nin "Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir edib. O, cəbhəyə gedən qadınlar haqqında bunları deyib:

"Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər”.
 
Qlobal.az xəbər verir ki, Cümşüd Nuriyevin bu fikirləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. İctimaiyyətin tanınmış nümayəndələri C.Nuriyevin dövlət televiziyasında Qarabağda döyüşən yüzlərlə vətənpərvər xanımlar barəsində reallığa və əxlaqa uyğun olmayan fikirlər səsləndirməsini kəskin tənqid ediblər. 
 

 
Qarabağ müharibəsi veteranı Səbirə Mahmudova feysbuk səhifəsində C. Nuriyevi korrupsiyada ittiham edib. 
 
Belə ki, Səbirə Mahmodavanın yazdıqlarına görə 1992-ci ilin yanvar ayında, Qarabağ müharibəsinin qızğın dövründə cəbhə zonasına gedən Cümşüd Nuriyev Bərdə rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Yusif Allahverdiyevdən zorla mebel alaraq evinə aparıb. Qarabağ veteranının yazdığına görə C. Nuriyevin Bərdənin icra başçısından aldığı mebel isə rayonun kolxozlarından birində suçu işləyən şəxsə aid olub. 
 
Qeyd edək ki, Cümşüd Nuriyev 1992-1995-ci illər ərzində Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin birinci müavini, Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri, Kənd təsərrüfatı və ərzaq nazirinin müavini vəzifələrində çalışıb. 
 
Qlobal.az

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook