SON XƏBƏR

“Vəziyyət nə qədər çox belə davam etsə, Çin daha da güclənəcək” - Metyu Brayza

Aprel 09
11:53 2020
"ABŞ-ın yüksək vəzifəli rəsmiləri koronavirusa görə yalnız Gürcüstana deyil, Cənubi Qafqaza da diqqət ayırmayacaqlar”.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayza yerli "IPN” agentliyinə bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyasına görə siyasi mənada dünya tamamilə dəyişir: "Vəziyyət nə qədər çox belə davam etsə, Çinin daha da güclü olacağı, yerdə qalan digərlərinin isə yaşamaq uğrunda mübarizə aparacağı ehtimalı böyükdür”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook