SON XƏBƏR

Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi

İyul 11
01:04 2020
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub.

"Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

DİN-in Mətbuat Xidmətindən "Report”a faktı təsdiq ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook