SON XƏBƏR

Vilayət Eyvazov yeni rəisi təyin etdi

Aprel 09
16:10 2020
Şəmkir rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinə yeni rəis təyin olunub.

Qlobal.az "Report"a istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polis kapitanı Vüqar Qabil oğlu Qarayev Şəmkir rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, V.Qarayev bundan əvvəl Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Cinayət-Axtarış bölməsinin baş əməliyyat müvəkkili olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook