SON XƏBƏR

Xalçaşünaslıq sektoru nə üçün ləğv edildi? - Direktordan açıqlama

Fevral 01
18:19 2021
Xəbər verdiyimiz kimi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektoru ləğv edilib.

Bu barədə Qaynarinfo-ya açıqlama verən institutun direktoru Maisə Rəhimova şöbənin ləğv edilmə səbəbini açıqlayıb. Bildirib ki, indiki dövrdə şöbənin qalması artıq idi:

"Bizim universitetdə sənətşünaslıqla, xalçaşünaslıqla məşğul olanlar onsuz da var. Mənə də məsləhət gördülər ki, əgər onlar çalışırsa, əlavə bir sektor nəyə lazımdı? Bu səbəbdən də şöbəni ləğv etdik. Rəhbəri Vidadi Muradov, iki nəfər də yarım ştat çalışan laborantı var idi. Onlar da işdən çıxarılıb". 

Qeyd edək ki, qurumun rəsmi saytında isə sektorda 5 işçinin çalışdığı qeyd olunub. Həmçinin sektorun əsas fəaliyyət istiqamətləri isə aşağıdakı kimi idi:

1. Milli xalçaçılıq tarixinin Azərbaycan tarixinin öyrənilməsində mühüm mənbələrdən biri kimi araşdırılması;

2. Azərbaycan xalçaçılığının dünya xalçaçılıq tarixində yerinin və mövqeyinin tədqiqi;

3. Azərbaycan boyaqçılıq tarixinin və ənənələrinin öyrənilməsi;

4. Milli xalça çeşnilərinin yaranma və təkamül prosesinin araşdırılması;

5. Azərbaycan xalçaçılığının digər türk xalqlarının xalçaçılıq ənənələri ilə müqayisəli şəkildə öyrənilməsi;

6. Xalçaçılığın milli-etnoqrafik xüsusiyyətlərlə, foklorla, mifologiya, ədəbiyyatla bağlılığının tədqiqi.

Qeyd edək ki, "Azərxalça" ASC-nin sabiq rəhbəri V.Muradov yanvarın 9-da həbs edilib. Ona CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook