SON XƏBƏR

Xalq artisti İlham Əsgərovun anım günüdür

Sentyabr 06
10:58 2019
Sentyabrın 6-sı Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərovun anım günüdür.

Open.az xəbər verir ki, bu gün mərhum sənətkarın vəfatından 4 il ötür.

İlham Əsgərovun bulaq kimi çağlayan səsi və gülərüz çöhrəsi onu sevənlərin yadından çıxmır. Bu gün də onun iştirakı ilə çəkilən tamaşalara, filmlərə baxdıqda İlham Əsgərovun dünyasını dəyişdiyinə inana bilmirsən.

Bu gün yenə də Bakıdan Masallıya uzanan yollarda İlham Əsgərovun vəfalı həyat yoldaşı Yeganə xanım sevimli İlhamının görüşünə tələsir.

Təəssüf ki, yollar uzun, ömürlərsə qısadır. Özündən sonra bu dünyada adı, sözü, səsi yaşayacaq adamların xoş halına... Aradan 4 il yox, 14-24 il ötsə də İlham Əsgərovun səsi, sözü, obrazları yaddaşlarda yaşayır. Unudulmur.

Məkanı cənnət, ruhu şad olsun!


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook