SON XƏBƏR

Xankəndində havaya atəş açan sərxoş ermənilər həbs edildi

Yanvar 11
12:49 2021
Azərbaycanın Xankəndi şəhərində eşidilən atışma səslərinin haradan qaynaqlandığı məlum olub.

"Report” xəbər verir ki, bununla bağlı separatçıların başçılarının mətbuat katibi Vahram Poğosyan açıqlama verib.

Onun sözlərinə görə, ötən gün Xankəndi sakini olan bir neçə sərxoş havaya atəş açıb. V.Poğosyan onların saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, dünən Ermənistan mətbuatında Şuşadakı Azərbaycan hərbçilərinin guya Xankəndi istiqamətində atəş açdığı barədə dezinformasiya yaymışdı.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook