SON XƏBƏR

"Xəzər" klinikası ətrafında qalmaqal böyüyür - Apelyasiya Məhkəməsinə şikayət

Fevral 01
17:03 2021
"Xəzər” klinikasında əməliyyatdan sonra dünyasını dəyişən Ş.Əhmədovanın qızı Songül Əhmədova maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin təmin edilməməsi barədə qərardan apellyasiya şikayəti verib.

"Report” xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin icraatında araşdırılır.

Qeyd edək ki, ölüm hadisəsi 2018-ci ilin avqust ayında baş verib.

Ş.Əhmədova "Xəzər” klinikasında əməliyyatdan sonra dünyasını dəyişib.

Şərqiyyə Əhmədovanın qızı Songül Əhmədova anasının klinikada çalışan həkimlərin səhvi ucbatından vəfat etdiyini iddia edərək, məhkəməyə müraciət edib.

Nizami Rayon Məhkəməsi mülki iddianı təmin etməyib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook