SON XƏBƏR

XXI əsrdə Kərbəlada yenə qan töküldü: 13 ölü, 900 yaralı

Oktyabr 29
14:55 2019
İraqın Kərbəla şəhərində polis nümayiş iştirakçılarına atəş açıb.

Qaynarinfo xəbər verir ki, ilkin məlumata görə, azı 13 nəfər ölüb, 900-ə yaxın insan yaralanıb. İraq İnsan Haqları Komissiyasının yazılı açıqlamasına görə, aksiyanı dağıtmaq üçün avtomatik silahdan atəş açılıb. 

Qeyd edək ki, İraqda işsizlik, korrupsiya, yoxsulluq, zəif dövlət xidmətləri əleyhinə nümayişlər keçirir. Oktyabr ayının əvvəllərindən davam edən etirazlar 200-dən çox insanın həyatına son qoyub. Paytaxt Bağdadda komendant saatı elan edilib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook