SON XƏBƏR

Yaponiya “Kounotori-7” kosmik yük gəmisinin orbitə buraxılmasını təxirə salıb

Sentyabr 15
11:15 2018
Yaponiyada "Kounotori-7” kosmik yük gəmisini kosmosa çıxaracaq H2B raketinin buraxılışı təxirə salınıb.

AZƏRTAC Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyinə (JAXA) istinadla xəbər verir ki, raketin buraxılışı starta 30 dəqiqə qalmış dayandırılıb. Sentyabrın 11-də də analoji vəziyyət qeydə alınmışdı.

"Kounotori-7” BKS-yə stansiyanın göyərtəsində aparılan eksperimentlərin nəticələrini Yerə gətirməli olan kapsulu çatdıracaqdı. Kapsulun lazım olan yükü təhlükəsiz şəkildə Yerə çatdıracağı ilə bağlı yoxlamaların davam etdiriləcəyi bildirilir. Bundan əlavə, iki kiçik STARS-Me süni peykindən ibarət eksperimental komplekt də diqqəti cəlb edir. Həmin komplektlər kosmik liftin quraşdırılması istiqamətində ilk addım olacaq.

Raketin növbəti buraxılış tarixi barədə məlumat verilmir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook