SON XƏBƏR

Yasamal seçiciləri öz “deputat”ının plakatlarını cırır: Ülvi Quliyevə ETİRAZ

Yanvar 24
18:15 2020
Gözəgörünməz deputatın yenidən namizədliyini irəli sürməsi 15 saylı dairənin seçicilərini hiddətləndirib

2010-cu ildən 15 saylı Yasamal seçki dairəsi seçicilərini Milli Məclisdə sözün əsl mənasında təmsil etməyən, jurnalistlərin "lal deputat” ayamasını verdiyi məclis üzvlərindən biri, Yasamal rayonunun gözəgürnməz deputatlarından sayılan Ülvi Quliyev yenə də üzünə-üz bağlayıb həmin dairəyə üz tutub. Özü də belə bir sloqanla: "Ülviylə irəli”.

"Adam untanc hissini nə qədər itirməlidir ki, heç bir işinə yaramadığı dairədən yenidən deputatlığa namizəd olsun”. Bu sözləri "İnşaatçılar” metrosu həndəvərindəki beşmərtəbəli binalarda yaşayan istənilən sakindən eşidə bilərsiniz. İki gündür həmin ərazidə Ülvi Quliyevin bukletini paylayan şəxslərin sakinlər tərəfdən qınanması və qovulmasının şahidi oluruq. Sakinlər yaşadqıları binaların divarlarından, bloklarından Ülvi Quliyevin plakatlarını nümayişkəranə formada cırırlar. Görünür ki, Ülvi Quliyev son bayramların birində bir neçə beşmərtəbəli binanın sakinlərinə bir kiloqramlıq kisələrdə un və şəkər tozu paylamaqla seçicinin könlünü alacağını zənn edib. Ancaq son iki gündəki aksiyalar deputatın durumunun acınacaqlı olduğunu göstərir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook