SON XƏBƏR

Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTOLAR

Yanvar 12
00:04 2021
Yasamal rayonunda Zahid Xəlilov küçəsində satışa çıxarılan torpaq sahəsi ciddi müzakirələrə səbəb olub. 
 
Qlobal.az xəbər verir ki, müzakirəyə səbəb torpaq sahəsinin yaşayış binalarının həyətindəki yaşıllığı əhatə etməsidir. 
 
Satış elanlarında bütün sənədlərinin tam qaydasında olduğu yazılan torpaq sahəsi yaşayış binalarının kəsişməsində yerləşir. Təqdim edilən ərazidə çoxsaylı yeni əkilmiş ağaclarla yanaşı, təxminən 30-40 il bundan öncə əkilmiş irigövdəli, sağlam ağaclar da var. 
 
Obyekt tikintisi üçün nəzərdə tutulan 3 sot torpaq sahəsi ilk günlərdə 450.000 manata satışa çıxarılsa da, sonradan qiymət 430.000 manata endirilib. İddialara görə ərazi yüksək vəzifəli məmura məxsusdur. 
  
Qlobal.az obyekt tikintisi üçün satışa çıxarılan ərazinin qanuni olub-olmaması və ərazinin satılacağı təqdirdə yaşıllığın taleyinin necə olacağı barədə Yasamal rayon İcra Hakimiyyətindən mövqe öyrənmək istəsə də, İcra Hakimiyyəti sözügedən məsələyə münasibət bildirmədi. 
 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 
 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook