SON XƏBƏR

“Yaşlı insanlarda peyvənd təsirli olmaya bilər” - Baş infeksionist

Dekabr 23
12:29 2020
COVID-19 virusuna qarşı yaradılan peyvənd vasitəsilə orqanizmdə süni immunitet formalaşdırılır. Amma yaşlı və xroniki xəstəliyi olan şəxslərdə bu peyvənd o qədər də təsirli olmaya bilər.

Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, peyvəndlər xəstəliklərdən qorunmaqda kifayət qədər səmərəli vasitə sayılır.

"Koronavirus əleyhinə istehsal edilən peyvəndlərin üçüncü klinik mərhələsinin ilkin nəticələri açıqlanıb və müəyyən qədər təhlil olunub. İstehsalçıların dediyinə görə, peyvəndlərin səmərəsi 90 faiz üzərindədir. Onun tətbiq olunması infeksiyanın üzərində müəyyən qədər dönüşə nail olmağa imkan verəcək. Peyvəndin təkcə sağlam insanlar üzərində deyil, müəyyən yaş qruplarında və xəstəliyi olanlarda da sınağı keçirilib”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook