SON XƏBƏR

Yeni ildə əfv sərəncamı olacaq? (AÇIQLAMA)

Dekabr 19
12:11 2018
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yaxınlaşdıqca, əfv sərəncamının olub-olmayacağı məsələsi də gündəmə gəlir.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bu barədə Qaynarinfo-ya açıqlama verib. O, bu Yeni İl ərəfəsində əfv sərəncamının olmayacağı qənaətindədir:

"Əfvlə bağlı çoxsaylı müraciətlər olunub. Öz müraciətlərimiz də var. Lakin göndərdiyimiz məktuba heç bir cavab gəlməyib. Düşünürəm ki, bu Yeni il ərəfəsində əfv olmayacaq".
 
Qeyd edək ki, sonuncu dəfə bu ilin may ayında əfv sərəncamı imzalamış və 634 nəfər azadlığa çıxmışdı.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook