SON XƏBƏR

Yunanıstan Türkiyə ilə sərhəddə baryerlər qoyacaq

Yanvar 30
15:49 2020
Yunanıstan hökuməti Türkiyədən yunan adalarına köçün qarşısını almaq üçün dəniz sərhəddinə üzən baryerlər yerləşdirəcək.

Qaynarinfo euronews-a istindən xəbər verir ki, Yunanıstanın Müdafiə Nazirliyi bu məqsədlə 2,7 kilometr uzunluğunda üzən baryerlərlə bağlı 3 ay ərzində təklif verilməsi üçün tender elan edib.

Müdafiə Nazirliyinin saytında verilən açıqlamada fövqəladə vəziyyətdə istifadəsi nəzərdə tutulan baryerlərin nə vaxtdan yerləşdiriləcəyinə dair isə məlumat verilməyib.

Yunan donanmasının xidmətinə veriləcək baryerlərin ümumi hündürlüyünün 1 metr 10 santimetr, dənizin üstündəki hissəsinin 50 santimetr olması və üzərində də yanıb sönən işıqlar yerləşdirilməsi nəzərdə tutulur.

Baryerlərin alınmasına və 4 illik baxımı üçün 500 min avro ayrılacaq.

Qeyd olunur ki, ötən il yunan adalarına qaçaq yollarla 60 mindən çox miqrant keçib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook