SON XƏBƏR

Zamirə Hacıyevaya iki order təqdim edildi - 22 milyon funt-sterlinq dəyərində mülkü müsadirə olunur

Yanvar 18
11:11 2019
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva yenə də Böyük Britaniya mediasının əsas qəhrəmanıdır. Mətbuat bu dəfə Böyük Britaniya hökumətinin Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim etməsi haqda yazır.

Lakin Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenə imtina edib. KİV-lərin yazdığına görə, Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəsini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanənin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan şəhərkənarı qolf klubun müsadirə edilməsi barədə hökm çıxara bilər.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Britaniyanın paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO)çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.
 
(Virtualaz.org)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook