SON XƏBƏR

Zelenski azərbaycanlı generalı təltif etdi

Avqust 25
01:10 2020
Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərin orden və medallarla təltif edilməsi haqqında Fərman imzalayıb.

Qlobal.az AzərTAc-a istinadən xəbər verir ki, təltif edilənlər arasında Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev də var.

Ukrayna Prezidentinin Fərmanı ilə İ.Babayev "Əmək və cəsarət” medalı ilə təltif edilib.

Qeyd edək ki, İ.Babayev 1981-1986-cı illərdə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin (KİMMU) İnformasiya texnologiyaları fakültəsində təhsil alıb. 1986-1987-ci ildə KİMMU-nun İstehsal proseslərinin avtomatlaşdırılması kafedrasında müəllim işləyib. 1987-1991-ci illərdə Dövlət İmtahan Attestasiya Komissiyasının qərarına əsasən KİMMU-da aspiranturaya qəbul olunub, eyni zamanda, pedaqoji fəaliyyətini davam etdirib.

Elmi işlərinin nəticələrinin tətbiqinə və səmərəliyinə görə 1989-cu ildə Kiyevdə "İlin ən yaxşı ixtiraçısı” adına layiq görülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook