SON XƏBƏR

Zər qədrini zərgər bilər...

Avqust 07
01:41 2019

 
Xasay Cahangirov-şair-jurlalist,

Azərbaycan Yazıçılar Birliyinin,                                                                                                                                                       
 
Azərbaycan Jurnalistlər Birliyinin  üzvü,

SSRİ Jurnalistlər İttifaqının,SSRİ Yazıçılar İttifaqının üzvü.
 
 
Eşitdiyimə görə Filologiya Elmləri doktoru, pro­fes­sor, məşhur ədəbiyyatşunas və tənqidçi alim mər­hum Qulu Xəlilov o qədər də uzun olmayan öm­ründə təqribən doqquz dəfə cərrahi əməliyyata məruz qalıb.

Amma bu faktı rekord göstərici hesab edənlər bil­mir­lər ki, mən bu rekordu çoxdan təzələmişəm; düz on bir dəfə cər­rah bıçağının altında olmuşam. Həm də  bu əməliyyatların bir qismi peşəmlə bağlı fəsadların nəticəsi idi.

Otuz beş il fasiləsiz olaraq "Sosialist Sumqayıtı” (in­diki” Sumqayıt” qəzeti) redaksiyasında sənaye –tikinti-nəqliyyat şöbəsinin müdiri vəzifəsində çalışmışam. Bu şöbə inşaat və nəqliyyat sahələrini də əhatə edirdi. Həftədə üç dəfə çıxan və dörd səhifədən ibarət olan bu qəzetin birinci və üçüncü səhifələrinin materiallarını təkbaşına hazırlayırdım. Bununla yanaşı, redaksiyanın poçtuna gələn bədii yazıları-şeir və hekayələri nəzərdən keçirmək, yaxşı nümunələri çapa ha­zırla­maq, müəlliflərə cavab yazmaq və s. mənə tap­şırıl­mış­dı. Necə işlədiyimi və hansı səviyyədə jurnalist olduğumu bil­mək üçün aşağıdakı faktlara diqqət yetirmək kifayətdir.

"Sumqayıt” qəzetinin redaktoru mərhum Kamran Hacı­yev mənim fəaliyyətimə həsr etdiyi "Ustad” adlı kitabında qəze­tin keçmiş redaktoru Zərifə xanım Təhməzovanın sözlərini sitat gətirərək qeyd edir:”Sumqayıt mətbuatında Xa­say Cahangirov məktəbini yaratmağın vaxtı çoxdan çatıb”.

Qəzetin məsul katibı mərhum jurnalist Tofiq Məmməd "Bizim Xasay müəllim” sərlöhvəli oçerkində yazır: "Rus yazıçıları Qoqolun "Şinel”indən çıxdıqları kimi, Sumqayıt şair və jurnalistləri də Xasay Cahangirovun makinasından pərvazlanmışlar".

1958-ci ildə işlədiyim vəzifə ilə yanaşı, təşəbbüsümlə "Sumqayıtdan gələn səslər” Ədəbi Birliyini yaradaraq iyirmi altı il ona rəhbərlik etmişəm. Bu Ədəbi Birlik Sumqayıt ədəbi mühitinin formalaşmasında müstəsna rol oynamışdır. Respublikamızın görkəmli şair və yazıçılarının Sumqayıt zəhmətkeşləri ilə görüşlərinin və yaradıcılıq gecələrinin təşkili, habelə Sumqayıt şairlərinin fəhlə yataqxanalarında, ti­kinti meydançalarında, mədəniyyət ocaqlarında, məktəb­lər­də çıxışları Birliyin fəaliyyətinin əsas istiqamətləri olmuşdur. Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycan Yazıçılar Bir­liyinin Sumqayıt filialı məhz bu Birliyin bazası əsasında yara­dılmışdır. Bütün bunlara görə 1967-ci ildə Zəh­mətkeşlərin Ümümittifaq Xalq Yaradıcılığı Festivalının Təş­­kilat Komitəsi "Sumqayıtdan gələn səslər” Ədəbi Bir­liyinin sə­mərəli fəaliyyətini yüksək qiymətləndirmiş, onu dip­lom və me­dalla mükafatlandırmışdı.

Yeri gəlmişkən, qeyd edim ki, məni dəfələrlə Res­pub­­lika mət­bua­tında - "Kommunist”, ”Ədəbiyyat və incə­sə­nət” qəzet­lə­rində işə dəvət etmişlər. Amma mən həyatımın mə­nası he­sab etdiyim doğma "Sumqayıt” qəzetində qalıb işlə­məyi da­ha üstün tutmuşam. Möhtərəm oxucu, elə zənn et­mə ki, olub ke­çənləri xatırlamaqla özümü tərifləmək istə­yirəm. Əsla!

Bunun çox ciddi və əhəmiyyətli bir səbəbi var. Yu­xarı­da qeyd etdiyim kimi, otuz beş il fasiləsiz olaraq "Sum­qayıt” qəzetinin ən çətin şöbəsində çalışmış, hazırladığım bütün materialları makinamda özüm yazmışam. Uzun illər diqqətim makinada olduğundan gözlərim zəifləmiş, sonra  da qəflətən tutulmuşdu. Həkimlərimiz sağ olsun. İşıqlı dünyamı yenidən özümə qaytardılar.

Bildiyiniz kimi həmin qəzet keçmiş Şəhər Partiya Ko­mitə­sinin, Şəhər Soveti İcraiyyə Komitəsinin və Şəhər Kom­somol Komitəsinin orqanı idi. Bu orqanın əməkdaşlarına qay­ğı göstərmək, problemlərinin həllində kömək etmək, şə­hə­rin tərəqqisində zəhməti olanların fəaliyyətini qiy­mətlən­dirmək həmin təşkilat rəhbərlərinin borcu idi.
 
Amma təəssuf ki...

Bəzən aylarla xəstəxanalarda müalicə olunmuşam. Hələ bir dəfə də olsun, şəhərin rəhbər təşkilatlarının başçıları mə­nim vəziyyətimlə nə maraqlanıb, nə qayğı göstərib. Əslində ha­mıya belə laqeydlik göstərilsə də, bunu həmişə təbii hal he­sab etmişik.

Sən demə, tabeliyində olan şəhərin vətəndaşlarına doğ­ma münasibət bəsləyən, onların zəhmətini qiymətləndirən, ləya­qətli, gərəkli və təmiz adamları öz doğması hesab edən rəh­bərlər də var imiş.

Elə biri Sumqayıt Şəhər İcra Haki­miy­yətinin yeni başçısı Zakir Fərəcov kimi, onun müavini Tey­mur müəllim kimi, aparatın digər xeyirxah əməkdaşları kimi.

Zakir müəllimin qayğısından söhbət açmağım əbəs de­yil. Necə deyiblər, aşıq gördüyünü çağırar.

Bu il aprel ayının əvvəlində yenidən çox ağır vəziyyətdə xəstəxanaya düşdüm. Bu, mənim üçün əsl sınaq imtahanı oldu. İki ay müddətində köhnə şair doslarımdan Ofeliya Babayeva, Rafiq Oday, Rafiq Əli, İldırım Dəmirovdan başqa nə jurnalist həmkarlarım, nə şair dostlarım palatamın nə qapı­sını açdı, nə də telefonla da olsa belə, halımı soruş­­dular.

Bu böhranlı günlərimin birində xəstəxana qapısını xe­yir­xah bir əl açdı. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçı­sının müavini Teymur müəllim, bir dəstə əməkdaş ilə mənə baş çəkməyə gəlmişdi; özü ilə bərabər Şəhər Səhiyyə Şö­bə­si­nin müdiri Ələkbər Tağıyevi, icra aparatının baş məsləhətçisi Şu­şa xanım Aslanovanı da gətirmişdi. Sumqayıt Şəhər İcra Ha­kimiyyəti başçısı Zakir Fərəcovun göstərişi ilə gəl­diklərini, hər hansı bir problemim varsa, yerindəcə həll et­mə­yi tapşırdığını bildirdi. Onu da qeyd etdi ki, bu munasibət tək­cə sizə deyil, Sumqayıt şəhərinin bugünkü səviyyəyə çat­masında zəhməti olanların hamısına göstərilir.

Bu görüş sanki bütün dünyanı mənə verdi. Bu qayğının təsirindən, habelə Sumqayıt Şəhər 1 Saylı xəstəxananın baş həkimi Nazim həkim, şöbə müdiri Əhməd həkim, uroluq Maqsud həkimin şəfalı əlləri, isti münasibəti məni yenidən həyata qaytardı.

Xalq çəbhəsi dövründə quru bəylərin qondarma qanun-qay­dalarına əsasən 1993-cü ilin əvvəlində razılığım olmadan mə­ni 62 yaşımda təqaüdə göndərib belə dedilər: ”Get istira­hətə, etiraz etməyinin əhəmiyyəti yoxdur”.

Yaradıcılığımın çiçək­lənən dövründə işdən azad edildim. Gərəkli illərim unu­duldu, özüm də yaddan çıxdım. Çoxları məni həyatdan köç­müş zənn etdi.

Və bir də 23 il sonra yada düşdüm. Zakir Fərəcov kimi xeyirxah, qayğıkeş, qədirbilən insanın sayəsində belə isti mü­nasibət mənə qol-qanad verdi. İndi özümü həmkarlarımın ara­sında hiss edirəm. Zakir müəllim onların ən fəallarından biri kimi peşə bayramım münasibəti ilə məni də mü­kafatlan­dırdı. Mətbuatda səmərəli fəaliyyətimə görə uzunillik zəhmə­tim Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı və qiy­mətli hədiyyəyə layiq görüldü. 86 illik ömrümdə bu mü­kafatı ən dəyərli ərməğan hesab edirəm.

Zakir müəllim Mətbuat günündə peşə bayramı mü­na­si­­bətilə İcra hakimiyyətinin yeddi nəfər nümayəndəsini-Sum­­qayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur müəl­­limi, Gündüz Əliyevi, Fərman Kazımovu, Ceyhun Məm­məd­ovu, AJB-nin Sumqayıt Şəhər şöbəsinin rəhbəri Rafiq Odayı, ”Dünya” TV-nin bir qrup əməkdaşını da evimizə məni təb­rik etməyə göndərdi. Şəhərkənarı bağ evimdə mükafatın təqd­imatı mərasimində adları çəkilən aparat işçiləri bild­ir­di­lər ki, bu çətin və məsul vəzifəyə gəldiyi gündən hamımıza la­­zı­mi tapşırıqları verməklə yanaşı, Zakir Fərəcov çox vacib bir vəzifəni də qarşımıza qoyub: ”Sumqayıt şəhərinin sal­ın­ma­­sı­nda və tərəqqisində zəhməti olanların, lakin unutqanlıq uc­­batın­dan yaddan çıxanların hamısının taleyi ilə maraq­lan­maq, problemlərinin həllinə kömək etmək və s. bizim ən üm­də vəzifələrimizdən biri olmalıdır. Çünki keçmişini unudanın gələ­cəyi olmaz, deyiblər”.

Sumqayıtın köhnə sakinlərindən olan Zakir Fərəcov Şə­hər İcra Hakimiyyətinin başçısı kimi bir neçə aydır ki, fəaliy­yətə başlayıb. Bu qısa vaxt ərzində onun  gördüyü işlər ada­mı heyrətə salır, heyran qoyur. Lap möcüzə kimi!

Şəhərin üç tərəfdən giriş yollarının həndəvəri sanki cən­­nəti xatırladır. Necə deyərlər, gül gülü cağırır, bülbül bül­bü­lü. Şəhərin daxili abadlığı da bu cür göz oxşayır, könül açır.

Sumqayıt zaman -zaman inşaatçılar, metallurqlar, kim­ya­çılar şəhəri adlandırılıb. İndi isə ona, məncə, güllər-çiçək­lər şəhəri adı daha çox yaraşır. Digər sahələrin abadlığı, iqti­sa­di inkişafı, quruculuq işləri də beləcə yüksək səviyyədədir. Ata­lar yaxşı deyiblər: "Çörəyi ver çörəkçiyə, birini də üstəlik”.

Qısa zaman kəsiyində bu qədər könül açan işlərin apa­rıl­dığını görəndə istər-istəməz deyirsən: "Sumqayıt, axır ki, öz layiqli, qədirbilən başçısını tapdı”.

Mən həmişə taleyimin şəhəri olan doğma Sum­qa­yıtımla fəxr etmişəm, edirəm və deyirəm:


Arzulardan doğulub, arzulara çatmısan,

Xəzərin sahilində bir aləm yaratmısan.

Xəzansız baharımsan, çiçəklərə batmısan,

Ay mənim şən şəhərim,

Qoynu gülşən şəhərim!

 
Möhtərəm və hörmətli Zakir müəllim!

Yaddan çıxanları yada salmağınıza, şəhərin sosial-iqti­sa­di inkşafında zəhməti olanların əməyinə qiymət verdiyinizə gö­rə və nəhayət, doğma Sumqayıtı az qala cənnətə dön­dər­di­yi­ni­zə görə Sizə və işgüzar komandanıza minnətdarlığımı və də­rin təşəkkürümü bildirirəm. Yolunuz uğurlu, işiniz avand, c­a­nı­nız sağlam, ömrünüz uzun olsun!

Qeyd: Yazı 2017-ci ildə qələmə alınıb.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook