SON XƏBƏR

Zurabişvili: “İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”

Dekabr 09
04:55 2019
"TANAP layihəsinin həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir".
 
Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili söyləyib.
 
Onun sözlərinə görə, son illər tək TANAP layihəsi deyil, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə bir çox layihələr reallaşıb. Bu layihələrin həyata keçirilməsində İ.Əliyevin xüsusi rolu olub.

Salome Zurabişvili deyib: "Azərbaycanın enerji resurslarının Gürcüstan ərazisindən keçməklə Avropaya nəqli ondan xəbər verir ki, İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”.

Mənbə: Azərtac
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook