SON XƏBƏR

Zurabişvilidən Qərbə mesaj:“Gürcüstan NATO-ya gedən yolunu uğurla başa çatdıracaq”

İyun 11
12:00 2019
"Gürcüstan NATO-ya gedən yolunu uğurla başa çatdıracaq”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili "Associated Press”ə müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, rəsmi Tbilisinin Avropa İttifaqına inteqrasiyası da paralel rejimdə uğurla nəticələnəcək.

S.Zurabişvili Gürcüstanın ərazi bütövlüyünün bərpa olunacağına inandığını qeyd edib.

O, Qərbi Rusiyaya Gürcüstanın işğal altında olan əraziləri ilə bağlı daha çox təzyiq göstərməyə çağırıb: "Onlar Rusiya ilə danışıqlar zamanı bu mövzu barədə çox danışmalıdırlar. Gürcüstan məsələsi onların Rusiya ilə bütün görüşlərində gündəlikdə olmalıdır”.

Report



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook