"1 manatlıq dönərlər bizim biznesi vurur, investisiyam - BATA BİLƏR"
Yanvar 23
16:45
2020
Azərbaycanda bir qədər əvvəl yaradılmış tanınmış dönər brendi olan «Əjdaha dönər» şirkətinin sahibi Doğan Tomris dövlət qurumlarını dönər sektorna nəzarəti artırmağa çağırıb.
«Mən bilmirəm, 1 manatlıq dönər üçün əti necə və haradan alırlar, buna nəzarət varmı? Biz tam rəsmi işləyirik. Amma bu gedişlə yatırdığım investisiyaları geri ala biləcəyikmi?» - deyə D.Tomris bildirib.
İş adamı etiraf edir ki, ucuz və keyfiyyətsiz məhullar biznesə mane olur: «Mən dövlət qurumlarından soruşuram, 1 manatlıq dönərlə necə mübarizə aparaq, onlarla aramızdakı fərqi mühərilərə necə anladaq? Bu qədər vergi verib yatırım edərkən bu vəziyyət necə ola bilər?»
Bundan başqa, iş adamı bildirib ki, rəsmi işləyən ət təchizatçıları tapmaqda çətinlikləri var: «Biz sənədli məhsul ala bilmirik. Xüsusilə əti bak köçürməsi ilə ala bilmirik. Problem yaşayırıq. Bəzi ət istehsalçılarının qida təhlükəsizliyi sənədi olsa da, bank köçürmələri barədə sənəd verə bilmirlər, nə edək?»-deyə iş adamı vəziyyəti izah edərək kömək istəyib.
Doğan Tomris, xarici ölkələrə genişləndiriləcəyi təqdirdə biznesinə dövlət tərəfindən necə dəstək ala biləcəyini də soruşub.
«Əjdaha dönər»in sahibini digər dönər şirkəti də dəstəkləyib.