SON XƏBƏR

2016-cı ildə inzibati qaydada həbs olunanlara hökumət 27 min avro ödəyəcək

İyul 21
13:00 2022
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyulun 21-də Azərbaycandan göndərilmiş 9 şikayət üzrə yekun qərarını elan edib.
 
Şikayətlərin hamısı Konvensiyanın 11-ci maddəsinə (toplaşmaq azadlığı) əsasən verilmişdi, ərizəçilər onlara qarşı davranışın qeyri-qanuni və qeyri-proporsional olmasından şikayət etmişdilər.
 
Kommunikasiya mərhələsində tərəflər dostca anlaşıblar, AİHM şikayətlərin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib.

Balaməmmədov və Başqaları Azərbaycana qarşı

Bu işdə ərizəçilər Məmməd Balaməmmədov, Nuru Nuruzadə, Elton Əliyev, Toğrul İbrahim, Orxan Carçiyev, Ruslan Qarayev, Ülfət Həsənqarayev, Vüsal Tağızadə və Sahib Rüstəmli olub. Onlar 2016-cı ildə müxalif partiyaların kütləvi aksiyasından sonra saxlanılmışdılar.
 
Daha sonra inzibati qaydada həbs edilmişdilər. Ərizəçilərin hamısı toplaşmaq hüquqlarına inzibati sanksiya tətbiq olunması ilə yanaşı, ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusunu mübahisələndirmişdilər.
 
Qərara əsasən, hökumət 3 ay ərzində ərizəçilərin hər birinə 3000 avro (cəmi 27 min) təzminat ödəməlidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook