SON XƏBƏR

27 ilin baş həkimi 3 mərtəbəli obyekt tikdirir - FOTOFAKT

Mart 11
03:04 2020
Binəqədi rayonu 9 saylı qadın məsləhətxanasının keçmiş baş həkimi Tərifə İskəndərova 3 mərtəbəli obyekt inşa etdirəcək.
 
Qlobal.az xəbər verir ki, keçmiş baş həkim inşa etdirəcəyi obyektə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən müvafiq sənədləri də alıb. 
  
Obyektin mərtəbə sayı 3, ümumi sahəsi isə 829 kvadratmetrdir.
 
1993-cü ildən 9 saylı qadın məsləhətxanasının baş həkimi işləyən Tərifə İskəndərovanın bu ilin fevral ayının 1-də vəzifədən azad edildiyi deyilir.
 
Ancaq buna baxmayaraq, Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytında Tərifə Cəbrayıl qızı İskəndərova hələ də 9 saylı qadın məsləhətxanasının baş həkimi kimi göstərilməkdədir.
 

 
Qeyd edək ki, internetdə Binəqədi rayonunda fəaliyyət göstərən 9 saylı qadın məsləhətxanası Bakı şəhərində qanunsuz abortların aparılması barədə xeyli sayda məlumatlara rast gəlinir.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook