SON XƏBƏR

5 nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücü saxlanılıb

Oktyabr 13
10:52 2021
Bakının aeroport yolunda sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, o, Qobustan rayon sakini, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğludur.

M.Əzizov şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.
 
Belə ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı "Mercedes” markalı yük avtomobili "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çarpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.

İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub və hərəkət etdiyi zolaqdan çıxaraq sərnişin avtobusuna çarpılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook