SON XƏBƏR

7 ay əvvəl vəzifəyə təyin olunan Elbrus Allahverdiyev işdən çıxarıldı

Dekabr 06
11:05 2021
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 16 saylı Ərazi Məşğulluq filialının müdiri vəzifəsindən çıxarılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə, Elbrus Allahverdiyev vəzifəsindən azad olunub. Filialın müvəqqəti müdiri ƏSMN-də aparıcı məsləhətçi, şöbə müdiri vəzifəsində çalışmış Xaqani Orucov təyin edilib.

Qeyd edək ki, Nəsimi rayon Məşğulluq Mərkəzinin müdiri vəzifəsində çalışmış E.Allahverdiyev bu ilin aprel ayında 16 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri təyin olunmuşdu. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook