SON XƏBƏR

Abdin Fərəzliyev etibarlı adamını Abşerona aparır

Yanvar 26
02:13 2022
Nurlan Həsənovun Abşeron icra hakimiyyətində yüksək vəzifəyə təyin ediləcəyi iddia edilir. 
 
Qlobal.az xəbər verir ki, ötən həftə Abşeron rayon icra başçısı təyin edilən Abdin Fərzəliyevdən xəbər var. Daxil olan məlumata görə yeni icra başçısı Abşeron icra hakimiyyətində bəzi kadr dəyişikliyinə hazırlaşır.
 
Bildirilir ki, Abdin Fərzəliyev yaxın günlərdə özünün etibarlı kadrı kimi tanınan Nurlan Həsənovu Abşeron icra hakimiyyətində mühüm vəzifəyə təyin edəcək.
 
Qeyd edək ki, Nurlan Həsənov hazırda Nərimanov rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyir.
 
Mediada yer alan məlumatlarda Nurlan Həsənovun Abdin Fərzəliyevin ən etibarlı adamı və onun qeyri-rəsmi işlərinə rəhbərlik etdiyi barədə də məlumatlar yer alır.

Qarşı tərəf mövqe sərgiləyə bilər. 
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook