SON XƏBƏR

““Aberdin”lə oyuna tam hazırıq” - Qurban Qurbanov

Avqust 26
04:09 2021
"Çox vacib oyundur. Neçə matçdır ki, ağır yol gəlmişik. Sabahkı görüşdə bir komanda durmalıdır”.

Bu fikirəri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada "Aberdin”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis qarşılaşmaya tam hazır olduqlarını bildirib: "Rəqibi çox istəkli görürük. Sabah azarkeşlər hər iki kollektivin oyunundan zövq alacaq”.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin” – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook