SON XƏBƏR

ABŞ-da bir ailənin altı üzvü öldürülüb

Aprel 06
08:53 2021
Amerikanın Allen şəhərində (Texas ştatı - Red) bir ailənin altı üzvü mənzildə ölü aşkarlanıb. Bu barədə "Report” "Fox News”a istinadən xəbər verir.

Qeyd olunub ki, ölən şəxslərin bədənlərində güllə yaraları müəyyən edilib.

Polisin verdiyi məlumata görə, ər və arvad, onların üç oğlu və yaşlı qadın (Nənə - Red) güllələnib. Ehtimal edilir ki, iki qardaş ailə üzvlərini öldürdükdən sonra intihar ediblər.

Qardaşlardan biri hadisə ilə bağlı məktub yazıb. Lakin məktubun məzmunu açıqlanmayıb. Öldürülənlərin Banqladeşdən olduğu qeyd edilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook