SON XƏBƏR

ABŞ NATO-nun Avropadakı qüvvələrinə yeni komandan təyin edib

May 04
03:09 2022
ABŞ Prezidenti Cozef Bayden NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinə yeni komandan təyin edib.

"Report" xəbər verir ki, bu barədə alyansın rəsmi açıqlamasında deyilir.

Yeni komandan general Kristofer Kavoli 3 il Avropada NATO qüvvələrinə rəhbərlik etmiş ABŞ Hərbi Hava Qüvvələrinin generalı Todd Uoltersi əvəz edəcək. Kavoli hazırda ABŞ-ın Avropa və Afrikadakı quru qoşunlarının komandanıdır.

Bundan əvvəl bildirilib ki, Birləşmiş Ştatlar Ukraynadakı münaqişə bitdikdən sonra da Avropadakı qoşunlarının sayını artıra bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook