SON XƏBƏR

ABŞ təyyarəsi Ermənistan-Azərbaycan sərhədində kəşfiyyat uçuşu aparıb

Dekabr 06
02:05 2021
ABŞ Hərbi Hava Qüvvələrinin 38-ci RS/55-ci WG "Boeing RC-135V Rivet Joint” təyyarəsi Krım sahillərinə yaxınlaşaraq Qara dəniz üzərində kəşfiyyat uçuşu həyata keçirib.

"Report” "RİA Novosti”yə istnadən xəbər verir ki, bu barədə "PlaneRadar” saytı məlumat yayıb.
 
Məlumata görə, o, Krit adasındakı Suda aviabazasından havaya qalxıb. Təyyarə monitorinq apardıqdan sonra Ermənistan-Azərbaycan sərhədi istiqamətində yola düşüb. "Boeing RC-135V Rivet Joint” daha sonra Gürcüstanın hava məkanına daxil olub.

Xarici mətbuat daha əvvəl Tel-Əviv-Moskva reysi ilə uçan sərnişin təyyarəsinin Amerikanın kəşfiyyat təyyarəsi ilə təhlükəli məsafədə yaxınlaşmaması üçün Qara dəniz üzərində istiqaməti dəyişməli olması barədə xəbər yayıb. Federal Hava Nəqliyyatı Agentliyi məlumatı təsdiqləyib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook