SON XƏBƏR

“American Airlines” səsdən sürətli 20 təyyarə alacaq

Avqust 17
05:09 2022
ABŞ-ın "American Airlines Group” aviaşirkəti 20 ədəd səsdən sürətli "Overture” təyyarəsi almaq üçün "Boom Supersonic” ilə müqavilə bağlayıb.

"Report” "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şirkətlərin birgə press-relizində deyilir.

Müqavilə daha 40 təyyarənin alınması imkanını da nəzərdə tutur. Sazişin maliyyə şərtləri açıqlanmayıb.

"Bu təyyarələr sayəsində Mayamidən Londona uçuş beş saatdan, Los Ancelesdən Honoluluya isə üç saatdan az vaxt aparacaq”, - məlumatda deyilir.

"Overture” 2003-cü ildə "Concorde”un istismardan çıxarılmasından sonra ilk səsdən daha sürətli sərnişin təyyarəsi ola bilər. Təyyarənin sürəti 2 100 km/saata çata və ekoloji cəhətdən təmiz reaktiv yanacaqdan istifadə etməklə 7,9 min km-ə qədər məsafəyə 65-80 sərnişin daşıya biləcək. İlk belə təyyarənin 2025-ci ildə istehsal ediləcəyi, müntəzəm uçuşların isə 2029-cu ildən başlanacağı gözlənilir.

Qeyd edək ki, "American Airlines”in səhmləri çərşənbə axşamı 0,1% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 14,6% azalaraq 9,91 milyard ABŞ dolları təşkil edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook