SON XƏBƏR

Ankarada Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş konsert keçirilib

May 10
05:36 2022
Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Prezident Administrasiyasının Simfonik Orkestr Konsert Salonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konsert proqramı keçirilib.

"Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə baş tutan konsertdə İstanbulda yaşayan məşhur azərbaycanlı pianoçu və dirijor, Azərbaycanın əməkdar artisti Turan Manafzadənin rəhbərliyi ilə "Turan" orkestri və solist Elgün Quliyev çıxış edib.

Konsertdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək konsertə gələnləri salamlayıb, ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, Ulu Öndərimizin xilaskarlıq missiyasından danışıblar.

Anşlaqla keçən konsertdə Azərbaycan klassik musiqisinin inciləri və Ümummilli lider Heydər Əliyevin sevdiyi xalq və bəstəkar mahnıları səsləndirilib.

Qeyd edək ki, tədbirdə Azərbaycan və Türkiyədən olan deputatlar, Ankarada fəaliyyət göstərən səfirlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, Türkiyə Respublikasının Prezidenti Administrasiyasının vəzifəli şəxsləri, iş adamları, diaspor və mətbuat nümayəndələri geniş tərkibdə iştirak ediblər.

Konsertin təşkil olunduğu Prezident Administrasiyasının Simfonik Orkestr Konsert Salonunun foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi də nümayiş etdirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook