SON XƏBƏR

“Avroviziya”dakı təmsilçimizin məşq vaxtı açıqlandı

Aprel 22
00:37 2022
"Avroviziya 2022” mahnı müsabiqəsinin məşqlər cədvəli açıqlanıb.

Azərbaycanı təmsil edən Nadir Rüstəmli 2 may tarixində Bakı vaxtı ilə təxminən saat 14:00-da ilk məşqi üçün səhnəyə çıxacaq.

Təmsilçimizin ikinci məşqi isə 5 may Bakı vaxtı ilə saat 15:30-da baş tutacaq.

İlk məşqlər ictimaiyyətə və jurnalistlərə qapalı olacaq və 3 mayda yekunlaşacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook