Rəqib tərəfdən bizə böyük ədəbsizlik edildi - Qurban Qurbanov"Rəqib tərəfdən bizə qarşı böyük ədəbsizlik edildi. Daha sonra baş məşqçiləri bizə yaxınlaşıb üzr istədi”.
Teleqraf xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Pr..
Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Bu barədə İranın Dövlət Xəbər Agentliyi (İRNA) məlumat yayıb.
"İslam İnqilabının ali rəhbəri şəhid olub", - m..
Putin İrana görə Təhlükəsizlik Şurasının müşavirəsini keçiribRusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının videokonfrans formatında müşavirəsini keçirib.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat ..
Françayzinq Assosiasiyasının sədrinə "stop" qoyulduAzərbaycan Françayzinq Assosiasiyasının (AFA) İdarə Heyətinin sədri Camid Mövsümovun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb Camid Mövsümovun rəhbərli..
“Bizim güclü silahlı qüvvələrimiz hazırdır" - ƏraqçiNetanyahu və Trampın İrana qarşı müharibəsi tamamilə səbəbsiz və qeyri-legitimdir.
APA-nın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X” sosial hesabında yazıb.
"Bizim gü..
"Nar" ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider olduSərfəli xidmətləri ilə tanınan "Nar” 2025-ci ildə də Müştəri Loyallığı İndeksi (NPS – Net Promoter Score) üzrə mobil operatorlar arasında lider mövqeyini qoruyaraq bu göstəricidə ardıcıl 7-ci dəfə bir..
Tofiq Bəhramov adına Respublika stadionu məhv edilir - VİDEO
Tofiq Bəhramov adına Respublika Stadionunda biabırçı mənzərə: Tullantılar, nizamsızlıq və avtoparkinq problemi
Tofiq Bəhramov adına Respublika Stadionunda müşahidə edilən vəziyyət narahatlıq doğurur.
32gun.az-ın təqdim etdiyi görüntülərdən də görünür ki, stadionun daxili və ətrafında təmizlik işlərinə lazımi diqqət yetirilmir. Ərazidə yığılıb qalmış zibillər, atılmış plastik və sellofan tullantılar təbiətə ciddi zərər verməklə yanaşı, stadionun ümumi görüntüsünü də korlayır.
Təmizlik problemi və ekoloji təhlükə
Stadion ətrafında uzun müddətdir təmizlənməyən tullantılar təpə halında yığılıb. Bu tullantıların tərkibində təbiət üçün təhlükəli olan sellofan və plastiklər üstünlük təşkil edir.
Sektor girişlərində avtoparkinq, çəpərləmə və "stayanşik"lər
Stadionun bir neçə sektor girişinin avtomobillər üçün parkinq zonası kimi istifadəsi piyadaların hərəkətinə maneə törədir. Bununla yanaşı, bəzi avtomobillər üçün xüsusi çəpərləmə sistemindən istifadə edildiyi və bu yerlərdə "stayanşik"lərin də mövcud olduğu müşahidə olunub. Bu vəziyyət stadion ərazisində nəqliyyatın və insanların hərəkətini daha da çətinləşdirir.
İdarəetmə və infrastruktur çatışmazlıqları
Stadion ərazisində çəpərlərin məqsədyönlü istifadə edilməməsi, ərazinin nizamsızlığı ilə birlikdə daha geniş idarəetmə problemlərini ortaya qoyur. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionu Gənclər və İdman Nazirliyinin balansındadır.
Bir neçə gün öncə stadionun direktoru vəzifəsinə Elnur Nağdəliyev təyin edilib. Yeni rəhbərdən gözləntilər yüksəkdir və problemlərin həlli üçün konkret addımların atılması zəruridir.
Stadionun təmizliyi və nizamlılığı həm ölkəmizin imici, həm də idman azarkeşlərinin rahatlığı baxımından böyük əhəmiyyət kəsb edir. Gözlənilir ki, yeni rəhbərlik bu problemlərə tezliklə həll yolları tapacaq.(32gun.az)