SON XƏBƏR

1 milyon 800 min avroluq sənət əsərini taksidə unutdu

May 03
14:01 2017
Fransanın paytaxtı Parisdə ilginc olay yaşanıb.
 
"Qaynar" xarici KİV-ə istinadən bildirir ki, polisin adını açıqlamadığı sənət əsəri taciri 1 milyon 800 min avro dəyərində olan tablonu ehtiyatsızlıqdan taksidə unudub.
 
Yerli mətbuatda gedən xəbərə görə, həmin şəxs taksidə telefonla danışarkən diqqəti yayınıb və ertəsi günə qədər tablonu taksidə unutduğunu anlamayıb. Tablonun taksinin yük yerində qaldığı yadına düşəndə isə sürücüsü ilə əlaqə saxlamağa çalışıb, lakin buna müvəffəq ola bilmədiyindən polisə əsərin oğurlandığı barəsində şikayət edib.
 
Taksi sürücüsü 1968-ci ildə italyan rəssamı Lusio Fontano tərəfindən çəkilən "Concetto Spaziale" ("Məkan konsepti") adlı tablonu təhvil verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook