SON XƏBƏR

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

İyun 03
11:06 2023
Bu gün Azərbaycan Kubokunda cari mövsümə yekun vurulacaq.

Qaynarinfo-nun məlumatına görə, mövsümün son matçında "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gələcəklər.

"Bakcell Arena"da baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək. Azərbaycan kubokunda indiyədək komandaların yolları üç dəfə kəsişib. 9 il əvvəlki finalda "Neftçi” penaltilərlə qalib gəlib. Yarımfinal duellərində isə komandalar hərəyə bir dəfə mərhələ keçib. Tərəflər aralarında keçirilən 5 görüşdə hərəyə 1 qələbə qazanıb, 3 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində "qırmızı-qaralar"ın cüzi üstünlüyü var - 7:6.

Azərbaycan Kuboku, final
 
3 iyun

Ad - 00:06
20:00. "Neftçi" - "Qəbələ"
 
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov
VAR hakimləri: Əliyar Ağayev, Akif Əmirəli
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Seymur Səlimli
Ehtiyat VAR hakimləri: Cavid Cəlilov, Rəhman İmami 

"Bakcell Arena" stadionu.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook