SON XƏBƏR

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Avqust 25
19:29 2025
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa minnətdarlığını ifadə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə dövlət başçısı "X" sosial səhifəsindəki hesabında paylaşım edib.

"Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm", - paylaşımda deyilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook