SON XƏBƏR

26 dekabr Rusiyada ümummilli matəm günüdür

Dekabr 26
09:48 2016
26 dekabr tarixi Qara dənizdə 93 nəfəri daşıyan "Tu-154" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Rusiyada matəm günü elan olunub.
 
Bunu bazar günü prezident Vladimir Putin elan edib.
 
"Sabah Rusiyada ümummilli matəm günü elan olunacaq", - deyə o jurnalistlərə bildirib.
 
Prezidentin matəm günü ilə bağlı fərmanı Kremlin saytında dərc olunub.
 
"Mədəniyyət müəssisələrinə və teleradio şirkətlərinə matəm günündə əyləncəli tədbirlər və verilişləri ləğv etmələri təklif olunsun", - deyə fərmanda xüsusilə qeyd olunur.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook