SON XƏBƏR

47 günlük icra başçısından "Ağçiçəyim" in müdiri şikayət edibmiş - 200 min istəyib...

Yanvar 13
20:52 2026
Bakının Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun işdən çıxarılmasının təfərrüatı məlum olub.
 
Qlobal.az xəbər verir  ki, Axar.az-ın əldə etdiyi məlumata görə, E.İbrahimovun işdən azad edilməsinə səbəb iş adamlarından böyük məbləğdə pul tələb etməsi olub.
Bildirilir ki, yeni vəzifəsinə təyin olunan kimi Elxan İbrahimov məşhur "Ağçiçəyim” mağazalar şəbəkəsinin üzərinə 200 min manat öhdəlik qoyub.

Şirkət rəhbərliyi də buna görə ölkə rəhbərliyinə şikayət edib.

Ölkə başçısı isə dərhal qərarını verib.

Qeyd edək ki, Elxan İbrahimov Azərbaycam Prezidenti İlham Əliyevin 2025-ci il 12 noyabr sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, dekabrın 29-də isə vəzifəsindən azad olunmuşdu.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook