7 qollu dramatik oyun: "Liverpul" belə qalib gəlib - VİDEO
![](https://qlobal.az/photo/680x365/2023-12/1701665286_a10cf946-f56e-4468-8e2e-06e12acaf51e.jpg?1722058080)
Dekabr 04
08:49
2023
İngiltərə Premyer Liqasında 14-cü turun oyunları davam edir.
QOLaz xəbər verir ki, bu gün "Liverpul" öz meydanında "Fulhem"i qəbul edib. Qarşılaşma Mersisayd təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 31-ə yüksəldən "Liverpul" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 15 xalı olan "Fulhem" isə 14-cü yerdədir.