72 uşaq xəstəxanalıq oldu
Oktyabr 29
09:53
2016
Mahaçqalada kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Axar.az xəbər verir ki, 108 yerli sakin yoluxucu bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan 72 nəfəri uşaqlardır.
İlkin məlumata əsasən, zəhərlənməyə içməli su səbəb olub. Hadisənin sakinlərin istifadə etdiyi içməli suyun yağış sularına qarışması nəticəsində baş verdiyi ehtimal olunur.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.