SON XƏBƏR

AB Binəli Yıldırımı AKP sədri seçilməsi münasibətilə təbrik etdi

May 23
11:59 2016
"Biz AB-Türkiyə sammiti və 18 martda AB ilə Türkiyə arasında imzalanmış müqaviləyə uyğun olaraq, regional və beynəlxalq problemlərin birgə həllinin davam edəcəyinə ümid edirik".

Avropa.info xəbər verir ki, bu barədə Avropa Birliyi liderlərinin AKP-nin yeni lideri Binəli Yıldırıma ünvanlanan məktubunda deyilir. 

Məktub AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerini və avrokomissar Yohannes Xan tərəfindən imzalanıb. 

"Yıldırımı Türkiyə hökumətinin formalaşdırılması üçün aldığı mandata görə təbrik edirik. Bu hadisə nəinki Türkiyə, həmçinin AB və Ankara arasındakı münasibətlər baxımından əhəmiyyətlidir” – məktubda belə deyilir. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook